Moldova prezidenti ölkəsinin NATO-ya üzv olmaq niyyətini açıqlayıb

38 4-12-2022, 15:04 Dünya



Moldova prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb.

O hesab edir ki, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.

Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5%-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1%-i Moldovanın NATO-ya daxil olub-olmaması barədə hələ qərar verməyib.

Qeyd edək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də digər ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.

Mənbə: mk.ru

XƏBƏR LENTİ