Qazaxıstandakı prezident seçkilərində səsvermə başa çatıb – VİDEO

17 20-11-2022, 18:21 Dünya



Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

Ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın beş rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

Səsvermə başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar.

17:15

Qazaxıstanda yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, növbədənkənar prezident seçkilərində seçicilərin 67,85 faizi iştirak edib.

Bunu MSK üzvü Şavxat Utemisov keçirdiyi brifinqdə deyib. Səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçirilir, bəzi hallarda yerli seçki komissiyaları seçki məntəqələrinin iş vaxtını uzadır.

Qazaxıstanda prezident seçkilərində iştirak üçün heç bir aşağı hədd yoxdur. 50%-dən çox səs toplayan namizəd seçilmiş hesab ediləcək.

Qeyd edək ki, dövlət başçısı postuna hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla, altı namizəd mübarizə aparır.

Mənbə: TASS

17:14

Qazaxıstanda bazar günü seçki məntəqələri açılıb və ölkə prezidentliyinə namizədlər üçün səsvermə başlayıb.

Qazaxıstanda və xaricdə yaradılmış 10,1 mindən çox seçki məntəqəsindən (68-i respublikanın xarici diplomatik nümayəndəliklərində) əksəriyyəti Astana vaxtı ilə saat 07:00-da qapılarını açıb, paytaxt Almatı və Çimkənddə 86 seçki məntəqəsi bir saat əvvəl – saat 6:00-da işə başlayıb. Qazaxıstanın 20 rayonundan beşində seçki məntəqələri fərqli saat qurşağında olduqları üçün bir saat sonra açılacaq.

Seçicilərin yerli vaxtla saat 20:00-a qədər səs vermək hüququ var, bundan sonra məntəqələrdə səslərin hesablanmasına başlanacaq.

XƏBƏR LENTİ