Küveyt hökuməti istefaya getdi

63 1-10-2022, 16:19 Dünya



Küveyt hökuməti yeni çağırış parlamentin (Məclis əl-Ümmə) işinə başlaması haqqında qərar qəbul edib və tam tərkibdə istefa ərizəsini dövlət başçısına təqdim edib.

Bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, qərara əsasən, parlamentin ilk iclası oktyabrın 11-də keçiriləcək. İstefa ərizəsi əmir Navaf əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edilib.

Sentyabrın 29-da Küveytdə parlamentə seçkilər üçün səsvermə keçirilib, seçilmiş 50 deputat növbəti dörd il ərzində ölkənin qanunverici orqanında yer tutacaq.

XƏBƏR LENTİ