Jirinovskinin dəfnində xüsusi an: Putin öldürülməkdən qorxur



Vladimir Putinin Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin dəfn mərasimində iştirakı ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Yenisabah.az xəbər verir ki, Putinlə bağlı iki ana xüsusi diqqət yetilib. Onlardan birincisi Rusiya prezidentinin dəfnə gələrkən belə "nüvə çantası"nı özüylə götürməsidir. Lakin digər bir an daha çox şərh doğurub. Bu, dövlət başçısının Jirinovskinin tabutu önündə ehtiram duruşu məqamında zalda fəxri qarovulun olmamasıdır. Halbuki RLDP lideri ilə vida mərasiminə dair ümumi görüntülərdə Vladimir Putinin gedişindən sonra fəxri qarovulun əvvəlki yerini tutduğu görünür.

Bu, bir çox sosial şəbəkə iştirakçılarında Rusiya prezidentinin sui-qəsd cəhdlərindən ehtiyatlanması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi yozulub.

Həqiqətən də, fevralın 24-də başlayan Ukrayna müharibəsindən sonra Vladimir Putinin hətta yaxın çevrəsilə müəyyən məsafə saxlmadığı aydın sezilir. Bunu XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Segey Şoyqu və Baş Qərargah rəisi Vitali Gerasimovu qəbul edərkən də əyani görmək mümükün idi. Üçlüyün bütün üzvləri Putinin kabinetindəki masanın uzaq güncündə oturmuşdu. Sonrakı günlərdə də Rusiya dövlət başçısı hökumət üzvləri ilə yalnız onlayn əlaqə saxlayıb.

Qərtb kəşfiyyatları təsdiqləyir ki, Rusiya prezidenti müharibə başlayandan Kremnldə inzivaya çəkilib və yaxın çevrə ilə birbaşa təmasları demək olar ki, kəsib. Bu, Vladimir Putinin öz canı üçün qorxması kimi şərh olunur.

Bizimlə əlaqə saxlayın