axin.az

SON DƏQİQƏ

TürkPA-da Türküstan Bəyannaməsi imzalanacaq

25-09-2021, 13:05



Gələn həftə Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında Türküstan Bəyannaməsi imzalanacaq.

Axın.az-ın xəbərinə görə, sessiyada Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA