Polşa Belarusla sərhəddə ABŞ istehsalı olan “Abrams” tanklarını yerləşdirmək niyyətindədir.
Axın.az xarici mediaya istinadən xəbər verir ki, Polşa ABŞ-dan alınan “Abrams” tanklarını Belarusla sərhəddə yerləşdirəcək.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) bildirib: “250 müasir tankın hamısı ölkəmizin şərqində yerləşdiriləcək” -deyə o əlavə edib.
Xatırladaq ki, iyul ayında Mariuş Blaşak ABŞ-dan alınan tankların Rusiya ilə sərhəddə yaxın ərazidə yerləşdiriləcəyinə söz vermişdi.
Müşviq Tofiqoğlu