axin.az

SON DƏQİQƏ

Pakistanda təbii fəlakət çox sayda can aldı

13-09-2021, 17:18



Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində güclü leysan yağışları səbəbilə yaşayış binalarının uçması nəticəsində azı 20 nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə Torqar rayonunda və Abbotabad şəhərində baş verib. Qurbanların əksəriyyəti qadın və uşaqlardır.

Pakistanın şimal-qərbində leysan şənbə axşamından etibarən davam edir. Şiddətli yağışlar Xayber-Paxtunxva əyalətində çoxsaylı torpaq sürüşmələrinə və daşqınlara səbəb olub, ucqar bölgələrdəki yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrini kəsib.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün zərər çəkmiş bölgələrə xilasetmə qrupları və mühəndis texnikası göndərilib.

Mənbə: TASS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA