axin.az

SON DƏQİQƏ

Dünyanın ən dözülməz həbsxanalarından birinin məhbusu Əfqanıstanın müdafiə naziri oldu

25-08-2021, 16:43



Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirmiş “Taliban” rəhbərliyi Quantanamo həbsxanasının keçmiş məhbusu və “Taliban”ın səhra komandirlərindən biri olan Əbdül Qəyyum Zakirini Əfqanıstanın müdafiə naziri vəzifəsinə təyin edib.

Bu barədə “Al Jazeera” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Əbdül Qəyyum Zakiri hələ ABŞ-ın Əfqanıstana ordu yeritdiyi ilk illərdə “Taliban” döyüşçülərinə rəhbərlik edib, hərbi xarakterli məsələlərin həllinə cəlb olunub.

Əbdül Qəyyum Zakiri ABŞ ordusu tərəfindən ələ keçirilərək Quntanamo həbsxanasına salınmışdı.

O, bu həbsxanadan 2007-ci ildə azad edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA