axin.az

SON DƏQİQƏ

“Azərbaycanla barışın, xoşbəxt olacaqsınız” – Rusiyalı ekspert

22-08-2021, 17:17



“Qaregin Njde müharibə cinayətkarı, nasistlərin agenti idi, Moskva metrosunda qatarı partladan Zatikyan da, Monte Melkonyan da terrorçuydular”.

Axın.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ermənilərin sosial şəbəkələrdə onu hədəfə almasından danışıb:

“Ermənilər mənə sosial şəbəkələrdə yazırlar, deyirlər ki, mən erməniləri sevmirəm, erməni düşməniyəm. Bəli, mənim üçün erməni, gürcü, yəhudi, isveçli, zənci, yapon və s. – hamısı eynidir, hamıya hörmətlə yanaşıram. Mən beynəlmiləlçiyəm, çünki SSRİ-də böyümüşəm, tərbiyə olunmuşam. Amma Qaregin Njde müharibə cinayətkarı, nasistlərin agenti idi. Moskva metrosunda qatarı partladan Zatikyan terrorçudur. Monte Melkonyan beynəlxalq terrorçudur. Buna ermənifobiya deyirsiniz?

Yoldaş ermənilər, Ermənistan indi yaxşı vəziyyətdə deyil, ora gedin, ölkənizin xeyri üçün çalışın, onu inkişaf etdirin, iqtisadiyyatı gücləndirin, Azərbaycanla barışın, xoşbəxt olacaqsınız”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA