Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən nə zaman gedəcəyi barədə açıqlama verib.
Dövlət başçısı “Böyük söhbət” verilişində aparıcının müvafiq sualını belə cavablandırıb:
“Lukaşenkonun hakimiyyətdən nə vaxt gedəcəyi barədə fala baxmaq lazım deyil. Çox tezliklə”, - deyə prezident bildirib.
O, əlavə edib ki, varis məsələsi ən çətin məsələdir və hakimiyyətə digər bir şəxsin gələcəyi təqdirdə ölkədə vəziyyətin necə inkişaf edəcəyi barədə çox düşünüb.