axin.az

SON DƏQİQƏ

Kaliforniyadakı meşə yanğınları 110 min hektardan çox ərazini əhatə edib.

5-08-2021, 13:32



ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları son bir neçə gündə 110 min hektardan çox ərazini əhatə edib.

“İnterfax” agentliyi xəbər verir ki, bu barədə yanğının baş verdiyi ərazinin yerli yanğınsöndürmə idarəsindən məlumat verilib.
Qeyd olunur ki, iyulun 14-də başlayan meşə yanğınlarının yalnız 35 faizə qədərini lokallaşdırmaq mümkün olub.

Yerli xilasedicilərin verdiyi məlumata görə, güclü külək və ərazinin relyefi alovun qarşısını almağı çətinləşdirir.

Mütəxəssislər bildirir ki, havaların isti və quraqlıq keçməsi alovun daha geniş ərazilərə yayılacağını deməyə əsas verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA