axin.az

SON DƏQİQƏ

Ukraynanın yeni daxili işlər naziri özünü Avakov kimi aparmayacaq - AÇIQLAMA

19-07-2021, 15:36



Ukraynadakı son günlərin əsas sensasiyası ölkənin ən nüfuzlu nazirlərindən biri Arsen Avakovun istefasıdır. O, yeddi ildən çox müddətdə Ukraynanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

Artıq Ukraynanın yeni daxili işlər nazirinin adı da məlumdur. Bu, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskidir.

Ukraynalı politoloq, tarixçi, “Ukrayna Siyasəti” Fondunun rəhbəri Konstantin Bondarenko Caliber.Az-a verdiyi açıqlamada sabiq nazir barədə fikirlərini, həmçinin Denis Monastırskinin təyinatını və ondan olan gözləntiləri dəyərləndirib.

Ukraynalı politoloq Arsen Avakovun dövründə Azərbaycan diasporunun nümayəndələrinin, iş adamlarının ona müraciətinin daxili işlər nazirliyinin sabiq rəhbəri tərəfindən reaksiyasız qalmasına münasibət bildirərkən vurğulayıb ki, onun Kiyev şəhərində bir çox azərbaycanlı ilə ünsiyyəti olsa da, bu barədə məlumatı olmayıb, lakin o, belə bir halın baş verməsini də istisna etməyib.

“Fikrimcə, şəxs olaraq kimin daxili işlər naziri olmasından, onun soyadının nə olmasından, etnik kimliyindən asılı olmayaraq ölkə vətəndaşlarının və ölkənin bütün sakinlərinin şikayətlərinə diqqətlə yanaşmaq lazımdır”, - deyə K. Bondarenko vurğulayıb.

Politoloq hesab edir ki, yeni nazirin əsas vəzifəsi daxili işlər nazirliyi sistemində nizam-intizam yaratmaq və bütün vətəndaşların hüquqlarının qorunmasını təmin etməkdir:

“Arsen Avakov Ukraynada vətəndaşların təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı üçün dəfələrlə tənqid edilib. Burada hər cür radikal ünsürlər özlərini çox rahat hiss edirdilər. Bir çox qətl, şiddət, soyğunçuluq faktları baş verib. Bununla belə, onu da qeyd etmək lazımdır ki, son illərdə ağır cinayətlərin sayı bir qədər azalıb. Ancaq daxili işlər nazirliyi rəhbərliyinin əsas vəzifəsi bu kimi halları minimuma endirməkdir”.

Arsen Avakovun Ukraynada çox nüfuzlu bir şəxs olaraq qalması, onun “erməni soyqırımı” haqqında yazması, Ukraynanın strateji tərəfdaşı kimi Azərbaycanı dəstəkləyən Ali Radanın millət vəkilləri ilə söz davasına çıxmasına münasibət bildirən politoloq hesab edir ki, onun sələfinin dövründə bu kimi halların baş verəcəyini düşünmür.

“Nazir Denis Monastırski bu kimi mövzulara münasibət bildirməyəcək.

Arsen Avakov olduqca impulsiv insandır, hisslərini çox emosional şəkildə ifadə edir. Çox vaxt bir etnik erməni kimi, onun üçün “erməni məsələsi” birinci sıraya keçirdi və o, şərhlər verirdi. Mən əminəm ki, vətəndaş Arsen Avakov hansı vəzifədə çalışmasından asılı olmayaraq, gələcəkdə də bunu etməkdə davam edəcək. O, erməni olduğunu həmişə vurğulayıb, baxmayaraq ki, Azərbaycanda doğulduğu üçün erməni mövzusu onun üçün yad deyil”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA