axin.az

SON DƏQİQƏ

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

12-06-2021, 12:34



Hindistanda “qara kif”ə yoluxma sayı üç həftə ərzində 150% artaraq 31 216 minə çatıb.

NDTV kanalının tibbi mənbələrə istinadən verdiyi məlumata görə, iki mindən çox insan bu səbəbdən ölüb.

Mövcud məlumatlara görə, Maharaştra ştatı bu xəstəlikdən daha çox əziyyət çəkir.

Qucarat ştatı isə bu məsələdə ikinci sıradadır. Burada yoluxma sayı 5 mini keçib, 300-dən çox ölüm var.

Ən çox təsirlənən üçüncü əyalət infeksiya sayı təxminən 3 minə çatan, 188 nəfərin öldüyü Racəstandır.

Xəstəliyin sürətlə yayılmasının səbəbinin “qara kif”ə yoluxanların müalicəsi üçün lazım olan “Amfoterisin-B” (göbələk əleyhinə vasitə) dərmanının kəskin çatışmazlığı və Hindistan səhiyyə sistemində ümumi yüklənmə olduğu qeyd edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ağustos 2021    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA