axin.az

SON DƏQİQƏ

Tramp Baydendən Putinlə görüş zamanı yatmamasını istəyib

12-06-2021, 12:13



ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı Co Baydenə məktub göndərib.

Bu barədə “The Madison Leader Gazette” xəbər yayıb.

O, Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlar arzulayaraq, 2018-ci ilin iyul ayında özünün keçirdiyi Helsinki sammitinin “Amerikaya zəfər gətirdiyini” xatırladıb.

“Baydenə Prezident Putinlə ünsiyyətdə uğurlar - görüş zamanı yuxuya getməyin və xahiş edirəm ən xoş diləklərimi ona çatdırın”, - deyə o bildirib.

Qeyd edək ki, Tramp Baydenin yuxulu və yorğun göründüyü videolara görə prezident marafonları zamanı onu mütəmadi olaraq “Yuxulu Co” adlandırıb.

Baydenlə Putinin görüşünün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA