Monqolustanın yeni prezidenti seçildi

Dünya / Siyasət
10 May 2021
11:06


Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş baş naziri Uxnaagiin Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

Monqolustan Seçki Şurasının açıqladığı qeyri-müəyyən nəticələrə görə, Xurelsux təxminən 1 milyon 75 min seçicinin iştirak etdiyi seçkidə 820 000-dən çox səs toplayıb. Səslərin sayına görə digər iki namizəddən böyük fərqlə üstün olan 52 yaşlı Xurelsux bu nəticə ilə qələbəsini elan edib.

“İnsanlar mənə etimadlarını göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”, - deyə o bildirib.

O, yanvar ayında baş nazir vəzifəsindən istefa verərək prezidentliyə namizədliyini irəli sürüb.