Myanmanın Layah əyalətində hərbi çevrilişə qarşı çıxan etnik silahlı qrupla ordu arasında toqquşma baş verib.
Metbuat.az xəbər verir ki, atışma zamanı azı 80 hərbçi həlak olub. Qarşı tərəf də 20-dən çox itki verib. Məlumata görə, əməliyyat təşkil etmək üçün bölgəyə göndərilən 150 hərbçi silahlılar tərəfindən tələyə salınıb. Yolda mühasirəyə alınan əsgərlər güllələnib. Ordu hücuma cavab olaraq əraziyə helikopter və pilotsuz uçuş aparatları ilə hava zərbələri endirib.
Bölgəyə azı 6 bomba atılıb. Mülki əhali arasında yaşanan tələfat barədə məlumat yoxdur.