CNN televiziyası Ukrayna prezidenti Vladimir Zelenskinin Donbasdakı təmas xəttinə səfəri ilə bağlı maraqlı görüntülər yayımlayıb.
Axin.az Metbuat.az-a istinadən xəbər verir ki, dövlət başçısı həyatını təhlükəyə ataraq, separatçıların snayperlə nişan ala biləcəyi ərazidən keçib. Yayımlanan görüntülərdə Zelenskinin gülləyə tuş gəlməməsi üçün həmin ərazidən qaçaraq keçdiyi əks olunub. Bununla belə, dövlət başçısının təmas xəttinin ön sıralarında olması, böyük təqdir edilib.
Qeyd edək ki, Zelenskinin Donbas səfərini CNN televiziyasının əməkdaşı da müşayət edib.
[media=https://www.youtube.com/watch?v=iGxIXcSsEv4]