Sərt qərarlara bir addım qaldı - Prezident təsdiqləyəcək: tam qapanma

Dünya
13 Nis 2021
16:47


Hökumətə təqdim ediləcək sənəddə 13 kritik maddə yer alır. Bu barədə Türkiyə mediasının bu saatlarda yaydığı xəbərlərdə bildirilir.

"Sherg.az"ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bir neçə saatdan sonra Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə kabinə toplantısı başlayacaq. Səhiyyə naziri və “Koronavirus Bilim Kurulu”nun tövsiyələri nazirlərin iştirakı ilə müzakirə ediləcək.

Təqdim edilmiş qadağalarla bağlı sənədin Prezident tərəfindən imzalancağı gözlənilir. 13 qadağa maddələrinə - tam qapanma, ümumən ölkə üzrə, yaxud “qırmızı” zolaqlı bölgələrə səyahət qadağası, əyani təhsilin davam etdiyi bölgələrdə vəziyyətin dəyərləndirlməsi, Ramazan ayı boyunca kütləvi iftar və sahur tədbirlərinə qadağa, iş qrafiklərinin dəyişdirilməsi, özəl sektorda məsafədən çalışma, qapanma saatlarının dəyişdirilməsi, həftə soları qadağalarının qüvvədə qalması, izdihamlı meydan və küçələrin sərhədlərinin daraldılması, bayramda səyahət qadağası daxildir.

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca pandemiyada hazırda ən ağır günlər yaşandığını da deyib. Nazir yoluxma sayının 50 mini ötdüyünü vurğulayaraq bəzi sərt tədbirlərin alınmasını vacib sayır.
11.05.2021
20:00
"Real" Mendini itirdi