Rusiya Ukrayna sərhədindəki ordusunu dərhal çəkməlidir.
Axin.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq, həmçinin bunun 2014-cü ildə Krımın Rusiya tərəfindən qanunsuz ilhaqından sonra ən böyük hərbi quruluş olduğunu bildirib:
“Son günlərdə Ukranyanın şərqindəki qarşıdurmalarda bir çox Ukrayna əsgəri həyatını itirib. Rusiyanın bu addımı qanunsuz və izaholunmaz hərəkətdir”.