Rusiyanın Türkiyəyə qarşı turistik sanksiyası ölkə iqtisadiyyatına böyük zərər vurur

Dünya / İqtisadiyyat
13 Nis 2021
16:15


Rusiya turoperatorlar assosiasiyası (Rus abbreviaturasında ATOR-red.) ölkə rəhbərliyinin Türkiyəyə uçuşların məhdudlaşdırılması haqqında qərarına etiraz edib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat yayılıb.

Verilən informasiyada Türkiyənin hələ də rus turistləri üçün ən populyar kurort məkanı olduğu vurğulanıb. İndi bütün turistik proqramların pozulması Rusiyanın özündə bu işlə məşğul olan şirkətlərə ağır maliyə zərbəsi vuracaq.

ATOR-un analitik xidmətinin təsbitlərinə görə, bu ilin aprel ayının 15-dən may 31-nə qədər 532 200 Rusiya vətəndaşı Türkiyədə turlar sifariş edibmiş. Onlardan 40%-dən çoxu uşaqlı ailələrdir. Həmin dövr üçün sifariş olunan turların ümumi dəyəri 32 milyard rubl, yəni 354 milyon avrodur.

Bundan əlavə, ənənəvi çeşidləri olmadığı üçün əsasən bahalı turlardan qazanan kiçik və orta şirkətlərə də 6,4 milyard rubl (71 milyon avro) ziyan dəyib.

“Həmin turistik gəzintilərin 90%-nin çarter reyslərlə gerçəkləşəcəyi nəzərə alınsa, bu bütün sifarişlərin bir anda çökməsi anlamına gələcək”,-deyə yazıda qeyd olunub.

Qeyd etmək lazımdır ki, ən ağır zərbə təbii ki, burada mövsümü rus tursitlər üçün açmağa çalışan Türkiyə otellərinə dəyəcək. Çünki önümüzdəki ay Ramazana təsadüf etdiyi üçün yerli və müsəlman ölkələrdən buraya az adamın gələcəyi gözlənilir. Bundan başqa Avropadan gələn ziyarətçilərin sayında da xeyli azalma müşahidə edilib. Bu səbəbdən Türkiyə agentliklərə bütün ümidlərini əslində ruslara bağlamışdılar.

İstisna olunmur ki, Rusiya rəhbərliyi Türkiyəni Ukrayna siyasətinə görə cəzalandırmaq üçün məhz bu ayı seçərək belə bir addım atıb. Məlum olduğu kimi, bu ilin aprel ayının 10-da Vladimir Zelenskinin Ankaraya rəsmi ziyarəti zamanı prezident Rəcəp Tayyip Ərdoğan Ukraynanın NATO-ya qəbulu məsələsini dəstəkləyəcəyini söyləyib. Həmçinin iki ölkə arasında bir sıra hərbi xarakterli sazişlər imzalanıb. Türkiyə Krımı əsla Rusiya torpağı olaraq görmədiyini rəsmi şəkildə bəyan edib.
11.05.2021
20:00
"Real" Mendini itirdi