"Siri"nin yaradıcısının səhmləri – 18% yüksəlib – "Microsoft"la müqavilə

Dünya
13 Nis 2021
19:00




"Siri" xilmətinin yaradıcısı olan «Nuance» şirkətinin Microsoft tərəfindən alınacağı məlum olandan sonra şirkətin səhmləri 18% bahalaşıb.



TED.az xəbər verir ki, Nuance şirkəti səsin tanınması üzrə texnologiyalar üzrə ixtisaslaşıb və onun texnologiyaları «Apple»nin məşhur «Siri» xidmətinin yaradılmasında istifadə edilib. Microsoft bu şirkəti 19,7 milyard dollara alıb.



Alqı-satqı barədə məlumat açıqlanan kimi aprelin 12-də «Nuance Communications» şirkətinin səhmləri 18,37% artaraq 53,93 dollara çatıb. Başqa sözlə, Microsoft şirkətin borcları da nəzərə alınmaqla hər səhmə 56 dollar ödəyəcək.



"Nuance" şirkətinin alınması «Microsoft»a imkan verəcək ki, səsli proqram təminatı imkanlarını genişləndirsin. Bloomberg-in məlumatına görə, bu texnologiyalar Microsoft-un bulud texnologiyalarında da, məsələn səhiyə xidmətlərində istifadə ediləcək. Belə ki, onun vasitəsilə həkimlər xəstə qəbulu zamanı səs yazmalı olmayacaqlar.
11.05.2021
20:00
"Real" Mendini itirdi