Putin üçün qorxunc vəzifə...

Dünya
13 Nis 2021
18:30



Təbii ki, ictimai rəy Putinin xarici siyasətini müəyyənləşdirmir, amma Kremlin tamamilə buna məhəl qoymadığını düşünmək də çətin olardı.

Putin dəstəyini gücləndirmək üçün təxribat müharibəsi başlaya biləcəyinə dair inancın əksinə olaraq, Rusiya ictimaiyyəti, belə bir hərəkətə şübhə ilə yanaşacaq. Bildirək ki, bu ehtimaldır.

SİA rus mediasındakı materiallara istinad edir.

Hər şeydən əvvəl xatırladaq ki, son həftələr bir çox analitiklər Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədləri boyunca cəmləməsindən narahatdırlar. Qeyd edək ki, rus qoşunları Donbassdakı qarşıdurmanın davam etdiyi əraziyə yaxın bölgələrə gətirilir. Bir hissəsi isə Krıma köçürülür.

Maraqlıdır, sərhəd toqquşmaları, Kremlin xəbərdarlıqları və Rusiya dövlət mediasında ritorikanın döyülməsi fonunda nə baş verir?

Məsələn, son günlər bəzi mütəxəssislər Putinin bu addımını onun özünün mövqeyini gücləndirməyə hesablandığını bildirirlər. Reallıq budur ki, Putin Rusiyada artıq əvvəlki nüfuz sahibi deyil. Qarşıda-sentyabrda isə seçkilər gəlir.

Hazırda bəzi dəlillər Putinin xarici müdaxiləyə dəstəyi səfərbər etmək üçün xarici siyasətdən istifadə etməsinin çətin ola biləcəyini göstərir. Xatırlamış olarsınız, 2014-cü ildə ruslar Krımın ilhaq edilməsini ciddi şəkildə dəstəkləyirdilər. Görən, indi vəziyyət necədir?

Bildirək ki, Krımın ilhaqından sonra Putini rusların 80 və hətta daha çox hissəsi təqdir edirdi. Bu arada rusların ölkə başçısına dəstəyi yüksək idi. Çünki ilhaq qansız olmuşdu.

Ukraynanın şərqindəki döyüşlərin şiddətli olduğu 2014-cü ilin mayında isə rusların yalnız 31 faizi “qoşun yeridilməsi kimi birbaşa hərbi yardımı” dəstəklədi. Amma 2015-ci ilin avqust ayına qədər bu rəqəm 20 faizə düşdü.

Onu da qeyd edək ki, rusların mövqeyi yalnız Ukrayna ilə əlaqəli deyil. Məsələn, 2017-ci ilin avqust ayında rusların 30 faizi Kremlin Suriyadakı hərbi əməliyyatları davam etdirməsini təqdir edirdisə, 49 faiz rus bunun əleyhinə idi.

Başqa bir xatırlama: 2014-cü ilin martında Putin “biz Ukrayna ilə bir xalqıq… yəni, bir-birimiz olmadan yaşaya bilmərik” demişdi.

Ancaq 2020-ci ilin yanvarında aparılan sorğuda rusların 82 faizi Ukraynanın müstəqil bir dövlət olduğunu, yalnız 15 faizi isə Rusiya və Ukraynanın bir dövlətdə birləşməsinin vacibliyini bildirib.

Bundan əlavə, Rusiya xarici siyasət elitası ümumi əhalidən daha çox Amerikaya qarşıdır. Belə ki, 2020-ci ilin yanvarında keçirilən sorğunun nəticələrinə görə, rusların 67 faizi Kremlin Qərbə “tərəfdaş”, 11 faizi “dost”, yalnız 16 faizi “rəqib” kimi baxmalı olduğuna inanır. Rusların müəyyən qismi isə ictimaiyyətin xarici siyasət qarşıdurmasından yorulduqlarını bildiriblər.

...Bu günlərdə müşahidəçilərdən biri 2008-ci ildə Gürcüstanla qısa bir müharibədən və 2015-ci ildə Suriyaya müdaxilənin başlamasından sonra Putinin reytinqinin kəskin şəkildə düşdüyünü bildirib.

Xatırladaq ki, hakimiyyətinin ilk on ilində iqtisadi bum, sonradan isə Krımın uğuru ilhaqı sayəsində Putin böyük populyarlıq qazandı.

Hazırda bu nailiyyətlər keçmişdə qaldığına görə, Putin, müxtəlif müvəffəqiyyətlə, ictimaiyyəti Rusiyanın dünya dövləti statusunu bərpa etdiyinə inandırmağa çalışır. Etiraf edək ki, bu gün Kremlin hadisələrə öz şərhini tətbiq etmək və ölkə daxilində öz xəttini davam etdirmək üçün hələ də böyük imkanları var.

Amma o da etiraf edilməlidir ki, Ukraynanın şərqinə birbaşa hərbi hücum üçün xalqın dəstəyini qazanmaq Putin üçün də qorxunc bir vəzifə olacaq.
11.05.2021
20:00
"Real" Mendini itirdi