Türkiyə bayrağını tapdalayan şəxs görün nə ilə üzləşdi - VİDEO
Dünya
12-04-2021, 17:46
Bursa şəhərində əcnəbi Türkiyə bayrağını səkidə yerə ataraq üzərinə çıxıb.
Metbuat.az xəbər verir ki, ətrafdakı insanlar dərhal əcnəbiyə yaxınlaşaraq ona xəbərdarlıq ediblər. Ardınca isə türklər əcnəbiyə yumruq zərbələri endiriblər. Çətin duruma düşən əcnəbi qaçaraq ərazidən uzaqlaşıb. Şahidlər hadisə barədə polisə şikayət ediblər. Axtarışlar nəticəsində suriyalı olan şəxs həbs edilib.