Texnologiyanın hazırkı inkişaf səviyyəsində Rusiyada neft ehtiyatları 58 il davam edəcək.
Bizim.Media xəbər verir ki, bunu Təbii Sərvətlər və Ekologiya nazirinin müavini, Federal Qrunt İstifadəsi Agentliyinin (Rosnedra) rəhbəri Yevgeni Kiselev “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində deyib.
“İnventarlaşdırma məlumatlarına görə, rentabelli olanlar 19 il davam edəcək. Ancaq bunlar şərti göstəricilərdir.
Texnologiyaların inkişafı ilə bu xətt daim aşağı düşəcək”, deyə o, qeyd edib.
Kiselevə görə, hər hansı bir iqtisadi inkişaf ssenarisində Rusiyada 60 ildən çox qaz ehtiyatları var.