BAKU.WS-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə anı ərazidə quraşdırılan müşahidə kameralarına tuş gəlib.
Silahlı insident nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. İnsidentin Rusiya, Azərbaycan və Suriya əsilli şəxslər arasında baş verdiyi bildirilir. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdiriliblər. Ölən şəxslərin birinin Rusiya əsilli, digərinin isə azərbaycanlı olduğu məlum olub.
Polisin araşdırmaları nəticəsində məlum olub ki, atışma zamanı xarici dövlət nömrə nişanlı avtomobildə olan şəxslər ərazidən qaçıblar. Hadisədə iştirakda şübhəli bilinən 4 nəfər polis tərəfindən saxlanılıb.