AXIN.AZ xəbər verir ki, bunu Microsoft şirkətinin yaradıcısı Bill Qeyts Polşanın “Gazeta Wyborcza” mətbu orqanın müsahibəsində deyib.
Onun fikrincə, Qərb ölkələri gərək pandemiyanın ilk mərəhələlərində əhalinin test olunması prosesinə başlayaraq, virusa yoluxanları təcrid etməklə xəstəliyin kəskin artmasına yol verməməli idilər. “Əgər onlar buna gedərək sərt tədbrilərə əl atsaydılar, belə uzunmüddətli özünə təcridə ehtiyac qalmayacaqdı”- o qeyd edib.
Qeyd edək ki, Bil Qeyts bir müddət öncə görülən tədbirlər nəticəsində dünya insanının koronavirusdan ancaq 2022-ci ildə normal həyata dönə biləcəyini deyib.
AXIN.AZ