“Tezliklə cavab sanksiyaları ilə ABŞ-ı “məmnun” edəcəyik” - Zaxarova

Dünya
5 Mar 2021
21:36


Moskva tezliklə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara cavab verəcək. Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Onların (ABŞ-ın) indi necə davrandıqlarını, bütün bu siyahıları bir anda necə yayımladıqlarını nəzərə alsaq, tezliklə biz də onları məmnun edəcəyimizi düşünürəm. İş gedir. Düşünməyin ki, bu barədə danışmırıqsa, proses aparılmır”, - deyə XİN rəsmisi əlavə edib.

Zavarova, həmçinin vurğulayıb ki, tezliklə sanksiya tətbiq edilən şəxslərin siyahısı açılanacaq.
10.04.2021
19:20
Abasovun Honda dərdi