Jirinovski istefa verəcək - Dəqiq tarix açıqlandı

Dünya
3 Mar 2021
19:22



Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2036-cı il mayın 1-də, yəni 90 yaşında tutduğu bütün vəzifələrdən istefa verəcək.

Axin.az bildirir ki, bunu o, “Danışır Moskva” ("Qovorit Moskva") radiostansiyasına müsahibəsində bildirib.

“Mən artıq 90 yaşım tamam olan günü 2036-c il mayın 1-də bütün vəzifələrdən azad edilməyim haqqında ərizə yazmışam”, - Rusiya liberal demokratlarının lideri söyləyib. (Report)

Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.

O, orta təhsili Astana şəhərind alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı",1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.

1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.

2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.