Ermənistanın eks-prezidenti Robert Koçaryanın növbəti məhkəmə prosesi bu gün keçiriləcək.
Axin.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Robert Koçaryanın Azad Edilməsi Komitəsi”nin üzvləri bununla bağlı məhkəmənin keçiriləcəyi Arşakunyants prospektini bağlayıblar.
Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı hakim qarşısına çıxarılacaq.