Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Moldovanın Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlax arasında görüş olub.
Axin.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının tvitter səhifəsində qeyd olunub.
“Görüşdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Qaqauz soydaşlarımız Moldova ilə körpümüzdür. Onlara hər sahədə dəstək verməyə davam edəcəyik”, - nazir bildirib.
Qeyd edək ki, Qaqauziya Moldovada muxtar bölgədir. 1990-cı ildə Qaqauziya Moldovadan müstəqilliyini elan etsə də, tanınmayan respublikanın ömrü çox çəkməyib. 1994-cü ilin sonunda Qaqauziya Respublikası və Moldova arasında respublikanın Moldovaya muxtariyyət haqları əsasında inteqrasiyası haqqında razılaşma əldə olunub. Həmin anlaşmadan sonra bölgə Qaqauziya Muxtar Yerinə çevrilib.
Əsəsən pravoslav xristianlardan ibarət olan qaqauzlar mənşəcə oğuz türklərinə aiddirlər.