2392 nəfər Ermənistan sakini Qarabağda döyüşlər zamanı itkin düşən yaxınlarının tapılması üçün Rusiya sülhməramlılarına müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyi artıq 2392 nəfərdən çox şəxsin itkin düşənlər barədə məlumat toplamaq məqsədilə "Qaynar xətt"ə müraciət etdiyini açıqlayıb: "Bütün müraciətlər qeyd olunuraq bazaya daxil edilir və məlumatlar birgə axtarış qruplarına ötürülür".
Erməni KİV-lərində yer alan məlumatlara əsasən, Ermənistan Müdafiə Nazirliyinin müharibədə ölən, itkin düşənlərin və ya əsirlərin sayını gizlətməsinə baxmayaraq, real rəqəmlər yavaş-yavaş üzə çıxır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına istinadla bildirilir ki, müharibədə itkin düşmüş 2392 nəfərin axtarışı aparılır. Bu isə qarşıdakı günlərdə itkilərlə bağlı yeni rəqəmlərin üzə çıxacağından xəbər verir.