Məşhur "Bolşoy balesi" rəqs yarışmasının iştirakçısı 22 yaşlı Mariya Şuvalovanın ayda qazandığı pulun məbləği hər kəsi təəccübləndirib.
Axin.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostunun balerina qızı ildə 20 milyon funt-sterlinq qazanır.
Mariya gündə 75 min funt-sterlinq gəlir əldə edir. Onun Rusiyanın məşhur biznesmenlərindən daha çox qazandığı bildirilib. Onun çalışdığı teatrdan belə çox maaş aldığı müzakirələrə səbəb olub.