Məşhur filmin prodüseri vəfat edib

Dünya
25 Oca 2021
23:36



Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.

Axin.az İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, o, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.

Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, “Parisdə sonuncu tanqo”, “Yaxşı, pis, zalım” və “Nyu-Yorkun bandaları” filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.