Məşhur aktyor Özcan Dəniz ilə bağlı yeni xəbər var.
Axin.az Big.az-a istinadən xəbər verir ki, onun keçmiş arvadı Feyza Aktan Özcanla boşanma səbəbini açıqlayıb. Sən demə Feyzanın Özcandan ayrılma səbəbi aktyorun onu döyməsi olub.
Feyza Aktan Özcan haqqında bunları deyib:
"Məni aldatdığı üçün evi tərk etdim. Evimə gəlib, boğazıma yapışdı və başımı divara vurdu. Hamilə idim və qarın nahiyəmin yerə dəyəcək şəkildə məni yerə itələdi. Polisi çağırsan üzündə siqaret söndürərəm dedi".