ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.
Axin.az “Report”-a istinadən xəbər verir ki, təşkilat sədrinin Cənubi Qafqazdakı xüsusi elçisi vəzifəsinə isveçli diplomat Annika Söder təyin olunub.
A.Söder Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədridir. 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.
Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə bu vəzifə Polşaya keçəcək.