Kapitoli binası etirazçılardan təmizlənildi

Dünya
7 Oca 2021
10:30
Kapitoli binası etirazçılardan təmizlənildi
Kapitoli binası etirazçılardan tam təmizlənilib və təhlükəsiz şəraitdədir.

“oxu.az” xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın hakimiyyət orqanlarının nümayəndəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının nümayəndəsi Konqres üzvlərini Kapitoli binasının təhlükəsiz şəraitdə olması barədə məlumatlandırıb.

Yerli mətbuatın yazdığına görə, prezident seçkilərinin nəticələrini tanımayan və məğlubiyyətini etiraf etməyən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları ilə Kapitoli binası qarşısında polis əməkdaşları arasında baş vermiş toqquşmalar zamanı bir neçə asayiş keşikçisi, 5 etirazçı yaralanıb. Yaralı etirazçılardan biri (qadın-red) sonradan ölüb. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

Qarışıqlıqlar, o cümlədən etirazçıların ABŞ Konqresinə soxulması səbəbindən Senat və Nümayəndələr Palatasının iclasları yarımçıq kəsilib, Konqres üzvləri binadan təxliyə ediliblər.