Əfqanıstanda silahlılarının hücumu nəticəsində 10-dan çox polis ölüb

Dünya
17 Kas 2020
14:00
Əfqanıstanda silahlılarının hücumu nəticəsində 10-dan çox polis ölüb
Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində silahlıların hücumu nəticəsində komandir də daxil olmaqla, azı 12 polis ölüb.

“oxu.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb.

Telekanalın Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə baş verən hücumda azı 10 nəfər də yaralanıb.

Ehtimal olunur ki, radikal “Taliban” qruplaşmasının silahlıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının postuna hücum ediblər.