Gürcüstan hökuməti gələn il üçün iqtisadi artım proqnozunu azaldıb

Dünya
12 Kas 2020
16:00
Gürcüstan hökuməti gələn il üçün iqtisadi artım proqnozunu azaldıb
“Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsində ölkədə iqtisadi artım proqnozu 4,3% müəyyən edilib”.

“oxu.az”in yerli bürosu xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani bildirib.

Nazirin sözlərinə görə, əvvəlcə gələn il üçün 5%-lik iqtisadi artım proqnozlaşdırılsa da, koronavirus (COVID) pandemiyasının güclənməsi proqnoza yenidən baxmaq zərurəti yaradıb.

O, büdcənin yenilənmiş versiyasının noyabrın 30-na qədər parlamentə təqdim olunacağını da qeyd edib.
20.01.2021
12:28
Sabahın hava proqnozu