axin.az

SON DƏQİQƏ

“PayPal”da kriptovalyuta ilə əməliyyatlara imkan yaradılır

22-10-2020, 10:29

“PayPal”da kriptovalyuta ilə əməliyyatlara imkan yaradılır“PalPay” beynəlxalq ödəniş sisteminin istifadəçiləri bundan belə öz hesablarından kriptovalyuta ala, sata, saxlaya biləcəklər.

Axin.az” şirkətə istinadən xəbər verir ki, ilkin mərhələdə “PayPal” istifadəçiləri birbaşa öz hesablarından “Bitcoin”, “Ethereum”, “Bitcoin Cash”, “Litecoin” ilə əməliyyatlar apara biləcəklər.

Bu xidmət ABŞ-dakı istifadəçilər üçün qarşıdakı bir neçə həftə ərzində açıq olacaq, 2021-ci ilin birinci yarısında isə başqa ölkələri də əhatə edəcək.

“PayPal”ın prezidenti və baş direktoru Dan Şulman bu barədə bildirib: “Rəqəmsal valyutaların labüd tətbiqi nəticəsində maliyyə xidmətlərinin əhatəsi və əlçatan olması, önənişlərin səmərəli, sürətli, dayanıqlı olması, habelə hökumətlərin vəsaitləri vətəndaşlar arasında tez bölüşdürə bilməsi baxımdan açıq-aşkar üstünlük gətirir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aralık 2020    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
DÜNYA