Ayşvari Ray koronavirusdan sağaldı

Dünya
28 Haz 2020
11:37
Ayşvari Ray koronavirusdan sağaldıMəşhur Bollivud ulduzu Ayşvari Ray Baççan və qızı koronavirus infeksiyasına qalib gəliblər.

Axin.az xəbər verir ki, bu haqda aktrisanın aktyor həyat yoldaşı Abhişek Baççan tvitterdə yazıb.

"Xoşbəxtlikdən Ayşvari və Aradhinin koronavirus testlərinin cavabı neqativ çıxdı. Onlar xəstəxanadan evə buraxılıblar" deyə, Abhişek bildirib. O, əlavə edib ki, özü və atası Amitabh Baççan hələ də xəstəxanadadır.

Qeyd edək ki, Ray COVID-19-a yoluxduğunu iyulun 12-də açıqlamışdı. O, iyulun 11-də Mumbaidə xəstəxanaya getdiyini, test verdiyini və cavabın pozitiv olduğunu bildirib.
20.01.2021
12:28
Sabahın hava proqnozu