Afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-da kütləvi iğtişaşların başlaması müğənni Sibel Canı qorxuya salıb.
Axin.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi mayamidəki evini satışa çıxarıb.
Koronavirus infeksiyasından sonra Amerikaya getmək istəməyən Can etirazlardan sonra qərarını qətiləşdirib. İfaçı oradakı əmlakçılarla əlaqə yaradaraq evin satışa çıxarılmasını tapşırıb.