"İnter" futbolçusu Eşli Yanqla müqavilənin müddətini uzadıb.
Axin.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Auzilio məlumat verib. O, ingilis müdafiəçi ilə müqavilənin müddətini 1 il uzatmaq seçimindən istifadə etdiklərini bildirib.
Qeyd edək ki, E.Yanq qışda 1.5 milyon avroya “Mançester Yunayted”dən Milan klubuna keçib. O, “İnter”də ümumilikdə 7 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.