Gürcüstanda koronavirusa beş yeni yoluxma halı təsdiqlənib.
“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 425-ə çatıb. Onların 111-i sağalıb, 5-i isə ölüb.
Karantində 5 126, stasionar nəzarətdə isə 578 nəfər saxlanılır.