Türkiyəli məşhur pilates ustası və aparıcı Ebru Şallının ötən gün vəfat edən 9 yaşlı oğlu Pars dəfn edilib.
Axin.az türk mətbuatına istinadən xəbər verir ki, cənazəyə koronavirus səbəbilə yalnız ailə üzvləri qatılıb. Dəfn mərasimində E.Şallını Parsın atası, eks-əri Harun Tan və indiki həyat yoldaşı Uğur Akkuş təsəlli etməyə çalışıb.
Qəbiristanlıqda diqqət çəkən isə Parsın məzar daşı olub. Onun üzərinə “Ponçik, sən həmişə mənimləsən” sözləri yazılıb.
Qeyd edək ki, E.Şallı Harun Tanla 2002-ci ildə evlənib. Onların böyük oğlu Beren 2004-cü ildə, kiçik oğlu Pars isə 2010-cu ildə dünyaya gəlib. Cütlük 2013-cü ildə boşanıb. Pars bir ildən çoxdur limfa vəzində xərçəng diaqnozu ilə müalicə alırdı. O, xəstəxanada dünyasını dəyişib.