Fransada son sutka ərzində koronavirusdan 240 nəfər vəfat edib.
“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.
O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 100 nəfərə çatıb:
“Son 24 saatda ölkədə yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 22 300-ə çatıb”.
J.Salomon əlavə edib ki, 10 176 nəfər hazırda xəstəxanalarda, onların 2 516 nəfəri ağır vəziyyətdə reanimasiyada yerləşdirilib.
Xəstələrin üçdə birinin yaşı 60-dan aşağı, 58 faizi 60-80 yaş arasındadır. Bu günədən bu yeni virusun qurbanı olan insanların 85 faizinin yaşı 70-dən yuxarıdır.
Ölkə ərazisində bu günə qədər 3 281 nəfər sağalaraq evə buraxılıb.