“Taxt oyunları” serialında “Tormund” obrazını canlandıran aktyor Kristofer Hivyu koronavirusa tutulub.
Axin.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat yayıb.
“Təəssüf ki, koronavirusa yoluxmuşuq. Ailəm və mən uzun müddət karantində qalacağıq” deyə, o, yazıb.
Qeyd edək ki, dünyada indiyədək 182 min 725 nəfər koronavirusa yoluxub. Onlardan 7 min 174 nəfər dünyasını dəyişib.