Boşanma ərəfəsində olduğu deyilən Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal haqqında yeni iddialar üzə çıxıb.
Axin.az xəbər verir ki, qərb mediasında yayılan məlumatlara görə, cütlük evliliklərini qorumaq üçün 3-cü dəfə valideyn olmağı planlaşdırır.
Aktyor və həyat yoldaşının bunun üçün süni mayalanma yolundan istifadə edəcəyi deyilir.
Qeyd edək ki, cütlüyün 2017-ci ildə Ella və Aleksandr adlı əkizləri də süni mayalanma yolu ilə dünyaya gəlib.