Ötən gün Cənubi Koreyada koronavirusa 483 yeni yoluxma hadisəsi qeydə alınıb.
Axin.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 767 nəfərə qədər artıb, ölənlərin sayı isə 44 nəfərə çatıb.
Qeyd edilir ki, 118 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 19 620 nəfərin analizi aparılır.
ABŞ-da isə yeni növ koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb, bununla da ölkədə yoluxanların ümumi sayı 304 nəfərə çatıb. Dünyasını dəyişənlərin sayı isə 15 nəfərdir.