Axin.az Publika.az-a istinadən xəbər verir ki,
Ermənistan hərbi polisinin rəisi general-mayor Artur Baqdasaryan vəzifəsindən göndərilib.
Bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan əmr imzalayıb.
Mətbuat bu istefaya Dağlıq Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin səbəb olduğunu yazır.
Qeyd edək ki, Baqdasaryan 2017-ci ildə hərbi polisə rəhbər gətirilib.
Xatırladaq ki, Daha əvvəl Dağlıq Qarabağın Müdafiə naziri Karen Abramyan da istefaya göndərilmişdi. Buna səbəb olaraq 2020-ci il daxil olandan Qarabağda qeyr-döyüş şəraitində, naməlum səbəbdən 13 əsgərin ölümü olub.