Saatlıda bircə tanışı belə, olmayan Nahid Bağırov bu rayondan namizədliyini niyə verib?.. Bu sualı Saatlı sakinləri həm özlərinə verirlər, həm də 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürən Azərbaycan Turizm Asossasiyasının İdarə Heyətinin sədri Nahid Bağırova ünvanlayırlar.
MM deputatlığna sürpriz namizədlərdən olan Nahid Bağırovun Saatlıda seçki kampaniyası tam fiaskoya uğrayıb. Bir neçə gündür Saatlıda İcra Hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi haqda PİA.az-a məlumatlar daxil olmaqdadır. Gələn məlumatlarda göstərilir ki, bütün kənd icra nümayəndələrinə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırova köməklik etmək və onun görüşünə seçiciləri adminstrativ yolla toplamaq tapşırığı verilib. Saatlı sakinlərinin iddialarına görə, bir sıra kəndlərin icra nümayəndələrinə bu tapşırıq birbaşa Saatlının icra başçısı Nazim İsmayıov tərəfindən verilib.